Şirkət haqqında

«Faktor Lizinq» MMC 2014-ci ildə yaranmışdır. Şirkətin missiyası Azərbaycan iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsinin təmin edilməsindən ibarətdir. Xüsusi diqqət kiçik və orta müəssisələrin (KOM) ehtiyaclarının təmin edilməsinə və bununla da ölkədə iqtisadiyyatın maliyyələşdirilmə mexanizminin gücləndirilməsi və təkmilləşdirilməsinə yönəldilir.

Şirkət hesab edir ki, bir neçə sektor istisna olmaqla, lizinq iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Fəaliyyət dövrü ərzində “Faktor Lizinq» MMC minik avtomobillərini, yük və kiçik biznes avtomobilləri, daşınmaz əmlak, istehsal sahələri, avadanlıq və s. təyinatlı lizinq məhsullarını təqdim edir.

Lizinq bazarındakı əhəmiyyətli payı əldə etmək üçün şirkət rəhbərliyi lizinq portfelinin böyüdülməsini öz qarşısında məqsəd qoymuşdur. Biznesi böyütmək perspektivləri qismən “Faktor Lizinq" MMC-nin maliyyələşdirmə imkanlarından və bununla əlaqədar xərclərdən asılı olacaq. “Faktor Lizinq» MMC öz maliyyələşdirmə bazasını diversifikasiya etmək və həm yerli, həm də xarici investorların cəlb edilməsi üçün geniş çeşidli maliyyələşdirmə alətləri təklif etmək niyyətindədir. Bununla əlaqədar şirkət maliiyə fondlarına müraciət etmişdir. Gələcəkdə daha uzun müddətli və daha aşağı faiz əmsalları ilə lizinq məhsullarının təqdim olunması nəzərdə tutulur.