İqtisadi leksikona lizinq sözünün daxil olması Bell telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877-ci ildə öz telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi.
Müəssisələr adətən istifadə etdikləri əsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər onların balansında da əks olunur. Bu, müəssisələr üçün hər zaman müsbət hal kimi qarşılanmır.
Lizinq üçtərəfli sazişdir. Çünki lizinq sövdələşməsinin iştirakçıları əsas üç şəxsdən ibarət olur: lizinq verən (lizinq şirkəti), lizinq alan (müştəri) və lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı).
İnvestisiya qoyuluşlarını 100 % maliyyələşdirir. Belə ki, nəqliyyat, vergi, sığorta, montaj və digər xərclər bütövlükdə Lizinqlə maliyyələşdirilə bilər.
Müəəsisənin dövriyyə kapitalı özündə sərbəst qalır. Müəssisə avadanlığın alınmasına vəsait qoymur. Həmin vəsaitlər marketinqə, cari xərclərin ödənilməsinə yönəltmək olur.