Kredit və nəğd alışla müqayisədə lizinqin bir sıra üstünlükləri vardır:
Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur. İnvestisiya qoyuluşlarını 100 % maliyyələşdirir. Belə ki, nəqliyyat, vergi, sığorta, montaj və digər xərclər bütövlükdə Lizinqlə maliyyələşdirilə bilər. Lizinq avadanlığı lizinq şirkətinin mülkiyyətində olduğundan, bank kreditlərindən fərqli olaraq adətən müştərilərindən əlavə girov tələb etmir. Lizinq ödəmələri tamamilə xərclərə aid edilir. Uzun müddətli maliyyə vəsaitlərinin respublikamızda qıt olduğu şəraitdə belə lizinqlə investisiya qoyuluşlarını 5 ilədək maliyyələşdirmək olar. Lizinqdə əmlakın sürətli amortizasiyası üçün iki qat koefisientinin tətbiqi mümkündür. Bu da öz növbəsində, investisiya qoyuluşu mərhələsində vergiləri böyük ölçüdə azaldır. Lizinqdə bütün ödənişlər nəğd vəsaitlərinin axımına uyğunlaşdırılır və maliyyə ehtiyacı hissetmədən uzun müddətə geri ödəmə imkanı əldə edilir. Lizinqdə investisiya özü özünü maliyyələşdirir. Belə ki, lizinq ödənişləri investisiya qoyuluşundan əldə ediləcək gəlirlə həyata keçirilir.