Müəəsisənin dövriyyə kapitalı özündə sərbəst qalır. Müəssisə avadanlığın alınmasına vəsait qoymur. Həmin vəsaitlər marketinqə, dövriyyə kapitalının artırılmasına, cari xərclərin ödənilməsinə yönəltmək olur.Lizinqdən istifadə edərkən kredit xətlərindən istifadə edilmir və onları müəssisənin operativ və qısamüddətli maliyyə ehtiyaclarının ödənilməsi üçün istifadə etmək imkanına malik olurur.Lizinqalan yalnız istifadə etdiyiniz müddət üçün haqq ödəyirsiniz. Aylıq ödənişlər avadanlıqdan dərhal istifadə edilməsinə imkan yaradır. Yeni müasir avadanlıqdan istifadə edərək gəlir əldə olunur və avadanlıqdan istifadə edilməsinə görə həmin gəlirdən haqq ödənilir.
Lizinq yüzfaizli maliyyələşdirmədir. Daşınma, quraşdırma, personalın təliminə çəkilən xərclər də daxil olmaqla lizinq avadanlığın dəyərinin 100% maliyyələşdirə bilər. Bank kreditindən fərqli olaraq qabağcadan ödəniş və müəyyən dəyərdə aktivlərə malik olmaq tələb olunmur.Lizinq - əsas vəsaitlərin təzələnməsi vasitəsidir. Lizinq mütəmadi olaraq avadanlığın təzələnməsinə və bununla da müasir texnologiyadan istifadə edilməsinə imkan yaradır.
Lizinq büdcə məhdudiyyətlərini nəzərə almamaq imkanını yaradır. Vəsaitin çatışmaması üzündən lazım olan avadınlıqın alınması gecikdirildikdə, yaxud bundan imtina edildikdə lizinq əvəzolunmazdır, çünki o, lizinq odənişlərinə az məbləğlərin xərclənməsinə və eyni zamanda lazım olan avadanlıqdan istifadə edilməsinə imkan yaradır. Lizinq hətta budcəsinin imkanları xeyli məhdud olan müəssisələr üçün də mümkündür.
Lizinq obyekti etibarlığın təminatçısıdır. Avadanlığın lizinq verənin mülkiyyətində olması lizinq alanın kredit qabiliyyətli olmasını sübut etmək, yaxud girov təklif etmək vəzifəsini istisna edir. Bu faktın mövcud olması qeyri təkmil girov qanunvericiliyi olan ölkələrdə fəaliyyət göstərən müəssisələr üçün lizinqi xüsusilə əlverişli edir.